Berti Foqts “Bakı”nın qələbəsinin şahidi oldu
11.03.2011 - 17:34
Berti Foqts “Bakı”nın qələbəsinin şahidi oldu
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts əvəzedicilərin oyununu izləyib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı bu gün əvəzedici heyətlər arasında Azərbaycan çempionatının XXIII turu çərçivəsində keçirilən “Neftçi” – “Bakı” oyununu izləyib. Bu, final mərhələsinin ilk turunun görüşü olub. Foqts “Şəfa” stadionunun IV meydançasındakı görüşdə “Bakı”nın 4:2 hesabı ilə qalib gələrək, liderliyini möhkəmlətməsinin şahidi olub.

Qeyd edək ki, Foqts Premyer Liqamızın XXIII turu çərçivəsində ilk “altılığ”ın I turunun bütün görüşlərini izləyəcək. Bu, sabah “İnter” – “Qarabağ”, birigün AZAL – “Xəzər Lənkəran” və “Bakı” – “Neftçi” oyunlarıdır. Almaniyalı çalışdırıcı ilk 2 oyunu “Şəfa”, Bakı derbisini Tofiq Bəhramov Respublika stadionundan izləyəcək.

Mənbə: affa.az