“Bakıda yaşamaq və futbol oynamaq üçün hər bir şərait yaradılıb”
12.03.2011 - 00:33
“Bakıda yaşamaq və futbol oynamaq üçün hər bir şərait yaradılıb”
“Komandamızın final mərhələsinə vəsiqə qazanması yerinə düşdü. İndi bütün diqqətlərimiz pley-of mərhələsinin oyunlarına yönəlib”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Ruslan Leviqa deyib.

Ukraynalı legioner Premyer Liqanın final mərhələsində “Neftçi” ilə oyun öncəsi fikirlərini klubun saytına bildirib. “Altılıq”da zəif komandanın olmadığını vurğulayan Leviqa deyib ki, indi bütün oyunlar önəmlidir: “Neftçi” hazırda Premyer Liqanın lideridir. Çətin oyun olacaq. Bu oyuna ciddi hazırlaşırıq və meydana ancaq qələbə üçün çıxacağıq. Komandada işlərim yaxşı gedir. Uşaqlarla münasibətlərim qaydasındadır və gündən-günə komandaya daha çox uyğunlaşıram. Bakı çox gözəl şəhərdir. Bir həftə əvvəl ailəmlə şəhəri gəzməyə çıxmışdıq. İçəri Şəhərdə, dənizkənarı milli parkda gəzdik. Bakı çox xoşumuza gəldi. Bakıda yaşamaq və futbol oynamaq üçün hər bir şərait yaradılıb. Gözəl baza və stadionlar tikilib. Öz növbəmdə əlimdən gələni etməyə hazıram ki, həm etimadı doğruldum, həm də azarkeşlərimizi sevindirək”.