Azərbaycan yığması Türkiyədə 4-cü oldu
12.03.2011 - 16:20
Azərbaycan yığması Türkiyədə 4-cü oldu
Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Türkiyənin İzmir şəhərində təşkil olunmuş beynəlxalq turnirdə 4-cü yeri tutub. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri bu gün 3-cü yer uğrunda oyunda Türkiyəni təmsil edən Şərq region yığmasına 0:1 hesabı ilə uduzub. Yığmamız oyunun sonuncu dəqiqəsində məğlubiyyətdən qurtarmaq üçün yüz faizli imkan qazanıb. Ancaq futbolçumuz Orxan Əliyev penalti zərbəsindən yararlana bilməyib.

Mənbə: affa.az