Ramiz Məmmədov Qazaxıstanda ilk qələbəsini qazandı
12.03.2011 - 18:22
Azərbaycanlı Ramiz Məmmədov Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi postunda ilk rəsmi qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Məmmədovun yetirmələri bu gün Premyer Liqanın II turunda evdə Karaqandanın “Şaxtyor” klubuna 2:0 hesabı ilə qalib gəlib. “Atırau” hər iki qolu fasilədən sonra vurub. Komandaya yeni mövsümdə ilk qələbəni gətirən qolların müəllifləri Andrey Travinlə (55-ci dəqiqə) argentinalı Xavyer Leon (71-ci dəqiqə) olub. “Atırau” bu qələbədən sonra 3 xalla turnir cədvəlində 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, Məmmədov ilk turda səfərdə “Aktobe”yə 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Məmmədov ilk turda səfərdə “Aktobe”yə 0:2 hesabı ilə uduzmuşdu.
0
0