“Bakı”lılar qələbəyə köklənib
13.03.2011 - 00:02
“Altılıq” oyunlarına start verilir. Onu deyə bilərəm ki, bu mərhələ tam fərqli keçəcək. Burda zəif rəqib yoxdur və bütün komandalar bir-birlərinə layiqdirlər”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Stevan Bates deyib.
Serbiyalı legioner “Neftçi” ilə bu gün keçiriləcək oyun barədə fikirlərini açıqlayıb: “Güclü rəqiblərlə oynamaq bizə əlavə ruh verir. Məncə, “Neftçi” və “Xəzər Lənkəran”la görüşlər daha çətin alınacaq. “Neftçi” güclü komandadır və rəqiblərimizin turnir cədvəlində ilk pillədə yer alması oyuna əlavə rəng qatır. Biz hər oyuna yalnız qələbə üçün çıxırıq”.
“Zolaqlılar”ın yarımmüdafiəçisi İbrahim Karqbo da oyunla bağlı düşüncələrini açıqlayıb: “ “Neftçi” Premyer Liqanın lideri və baxımlı oyun göstərən bir komandadır. Derbi qabağı azarkeşlərimizə bizi hər zaman dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm. Bakı derbisində də tərəfdarlarımızın fəal olacağına əminəm. Qələbə qazanıb, azarkeşlərimizi , klub rəhbərliyi və bütün “Bakı” ailəsini sevindirəcəyik”.

0
0