“Muğan” 100-ə çatdı
13.03.2011 - 12:13
“Muğan” 100-ə çatdı
Azərbaycan Premyer Liqasının XXIII turunun “Simurq”la səfər oyunu “Muğan” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Salyan təmsilçisinin Zaqatalada vurduğu llk qol klubun tarixinə düşüb. Belə ki, Cavad Mirzəyevin 45-ci dəqiqədə vurduğu qol “Muğan”ın tarixində 100-cü olub. 2007/08 mövsümündə I dəstədə NBC adı altında debüt edib, növbəti çempionatın gedişində “Muğan”a çevrilən komanda bu matçadək 99 dəfə fərqlənmişdi. “Simurq”u 3:1 hesabı ilə məğlub etdikdən sonra isə bu rəqə 102-yə çatıb.

“Muğan”ın vurduğu bütün qollar
2007/08 – 37 (I dəstə) + 3 (kubok)
2008/09 – 19 (Premyer Liqa)
2009/10 – 24 (Premyer Liqa) + 1 (kubok)
2010/11 – 17 (Premyer Liqa) + 1 (Kubok)