“Xəzər Lənkəran” çempionatın ən yaxşı komandalarından biridir”
13.03.2011 - 16:41
“Xəzər Lənkəran” çempionatın ən yaxşı komandalarından biridir”
“Xəzər Lənkəran”a uduzacağımız deyilirdi. Qələbəmizlə bunun yanlış olduğunu göstərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

O, Azərbaycan Premyer Liqasının XXIII turunun “Xəzər Lənkəran”la qarşılaşması haqda fikirlərini açıqlayıb: “Rəqib çempionatın ən yaxşı komandalarından biridir. Lakin futbolçularımız yaxşı oynadılar. Onlar topu saxlamağı bacardılar”.

Qeyd edək ki, AZAL öz meydanında “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəlib.