Naci Şensoy yenə haqsızlıqdan danışdı
13.03.2011 - 17:22
Naci Şensoy yenə haqsızlıqdan danışdı
"Bildiyiniz kimi, haqsız şəkildə kubokda mübarizəni dayandırdıq. Bugünkü oyundan qabaq futbolçularımdan gözəl oyun deyil, 3 xal istəmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Turan" klubunun baş məşqçisi Naci Şensoy deyib.

Türkiyəli çalışdırıcı Azərbaycan çempionatının XXIII turunun “Gəncə” ilə oyunu haqda fikirlərini açıqlayıb. Şensoy ölkə kubokunun AZAL-la oyunundakı hakimliyi hələ də unutmayıb: “Bu qələbəni mənə bəxş etdiklərinə görə futbolçularıma minnətdaram. "Gəncə" azlıqda qalmasına baxmayaraq, çox yaxşı oynadı. Qol imkanlarımızın hamısından istifadə edə bilmədik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm, "Gəncə"yə uğurlar arzulayıram"

Qeyd edək ki, “Turan” Qərb derbisində 1:0 hesabı ilə qalib gəlib.

Mənbə: pfl.az
0