Cahangir Həsənzadə: Sıradan bir oyun oldu
14.03.2011 - 10:35
Cahangir Həsənzadə: Sıradan bir oyun oldu
“Bizim üçün çox çətin oyun oldu. Çünki əsas mərhələdə “Xəzər Lənkəran”la keçirdiyimiz hər iki görüşdə məğlub olmuşduq. Onlara qarşı sindrom yaranmışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın qapıçısı Cahangir Həsənzadə deyib.

Premyer Liqanın final mərhələsi çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşan AZAL minimal hesablı qələbə qazanıb. Çempionluğa əsas namizədlərdən hesab edilən cənub təmsilçisi cütün favoriti hesab edilsə də, meydandan xalsız ayrıldı.

Qapıçı “ağ-yaşıllarla” qarşılaşmada işinin elə də çox olmadığını bildirib: “Gərginlik var idi, amma sıradan bir oyun oldu. Meydanda işimin elə də çox olduğunu deyə bilmərəm”.

Həsənzadə son 6-7 çempionat oyunda qələbə qazana bilmədikləri barədə də danışıb: “Həmin oyunların hamısını eyniləşdirmək istəmirəm. Çünki qələbəyə layiq olduğumuz matçlar da oldu, amma heç-heçə etdik. Kubokda “Turan”ı yeməyimiz bizi daha da ruhlandırdı”.