“Bu karyeraya görə, Mirça Redniklə Cici Bekaliyə borcluyam”
14.03.2011 - 11:03
“Styaua”da çalışdığım vaxt peşəkarlıq baxımından çox irəlilədim. Lakin ötən ilin yayında Viktor Pitsurka komandaya baş məşqçi təyin olunanda, getməyə qərar verdim. Elə həmin vaxt cənab Rednikdən “Xəzər Lənkəran”da çalışmaq təklifi aldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun məşqçisi Mihay Teja deyib.
Baş məşqçi Mirça Rednikin köməkçisi olan çalışdırıcı Rumıniya mətbuatına müsahibə verib. Həmyerlisinin cəzalı olduğu vaxt Arif Əsədovlu “Neftçi”ni Azərbaycan kubokunun 1/4 finalından kənarlaşdıran Teja Rednikin karyerasındakı rolundan danışıb: “Mirça Rednik mənə özünəinam verdi ki, bu karyeram üçün vacib amildir. Mən onu məyus etmək istəmirəm. Onunla yanaşı, “Styaua”nın sahibi Cici Bekaliyə də borcluyam. Mənim məşqçi olmağımda onun rolu böyükdür. Bekaliyə hörmətim var”.
Qeyd edək ki, Teka karyerası ərzində Georgi Hacı, Kristiano Berqodi, Dorinel Muntyanu, Marius Leketuş və Mihay Stoyçita kimi mütəxəssislərlə çalışıb.

0
0