“Xəzər Lənkəran”a lazım olmayan futbolçu yenə yığmada
14.03.2011 - 11:30
“Xəzər Lənkəran”a lazım olmayan futbolçu yenə yığmada
Estoniya millisinin baş məşqçisi Tarmo Ruutli heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, eston çalışdırıcı Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Serbiya və Sloveniya yığmaları ilə rəsmi oyunlara Premyer Liqamızda oynamış 3 futbolçuya dəvət göndərib. Ancaq onlardan yalnız biri – Bakının “İnter” klubunun sol cinah müdafiəçisi Dmitri Kruqlovun indi də çempionatımızın iştirakçısıdır.

Tixon Şişov hələ də müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olsa da, 1 ilə yaxındır heç yerdə oynamır. Lənkəranlıların ötən mövsümün sonunda transferə çıxardığı sağ cinah müdafiəçisi vətənində məşq edərək, müqaviləsini bitib, sərbəst futbolçu olmasını gözləyir. Ancaq Tixon klubsuz qalsa da, mütəmadi yığmaya çağırılır.

Dəvət alan daha bir müdafiəçi isə ötən mövsüm “Neftçi”də oynamış Taavi Ryahndır. Ucaboylu müdafiəçi Rusiyanın I divizion təmsilçisi “Baltika”nın futbolçusu kimi göstərilsə də, yaxında ondan kənarlaşdırılıb.