Rauf Mehdiyev Paulius Qribauskasa yaxınlaşır
14.03.2011 - 11:58
“Neftçi” klubunun qapıçısı Rauf Mehdiyev ardıcıl 5-ci dəfə meydanı qol buraxmadan tərk edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XXIII turunun “Bakı” ilə oyununda da qapısını toxunulmaz saxlayan 35 yaşlı əlcək sahibi sonuncu qolunu da məhz bu rəqibdən buraxmışdı.
Veteran qolkiper ötən il dekabrın 11-də baş tutan “Bakı” ilə görüşdə qapısında top görmüşdü. Həmin matçın 76-cı dəqiqəsində Jabanın məyus etdiyi Mehdiyev artıq 464 dəqiqəlik “quru seriya”ya malikdir. Bununla da cari mövsüm üçün öz şəxsi göstəricisini yeniləyən Rauf artıq növbəti tur “Neftçi”nin mövsüm üçün rekordunu müəyyənləşdirə bilər. Hazırda Paulius Qribauskasa yaxınlaşan Rauf litvalıdan 85 dəqiqə geri qalır
Premyer Liqanın ən uzun 6 seriyası
1. Pavel Doroşev (“Qəbələ”) – 952
2. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
3. Paulius Qribauskas (“Neftçi”) – 549
4. Rauf Mehdiyev (“Neftçi”) – 464 (davam edir)
5. Cahangir Həsənzadə (AZAL) – 455
6. Rauf Mehdiyev (“Neftçi”) – 432

0
0