Hacıyevski 100, Süleymanov 50-ci dəfə sevindi
14.03.2011 - 12:09
Hacıyevski 100, Süleymanov 50-ci dəfə sevindi
Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “Simurq” – “Muğan” oyununda meydan sahiblərinin yeganə qolunu vuran Mario Souza baş məşqçisi Qyoko Hacıyevskini sevindirib. Apasport.az saytının məlumatına görə, braziliyalı legionerin vurduğu top makedoniyalı mütəxəssisin Azərbaycan çempionatlarında sevindiyi yubiley – 100-cü qol olub. Bunlardan 13-nə Zaqatala təmsilçisində şahid olan Hacıyevski “Bakı”da çalışdığı vaxt daha çox – 87 qolun sevincini yaşamışdı.

AZAL – “Xəzər Lənkəran” qarşılaşmasında vurulan qol da əlamətdar olub. Belə ki, Enyo Krastovçevin rəqib qapısından keçirdiyi top “təyyarəçilər”in Süleymanovun rəhbərliyi altında vurduğu 50-ci qol olub. O, bu toplardan 22-nə ötən, 28-nə cari mövsüm sevinib.