“Bunu Əfqan Həmzəyevin vicdanına buraxıram”
14.03.2011 - 14:39
“Neftçi” ilə oyunda hakimlikdən narazı qaldıq. Jabanın təkbətək çıxdığı epizodda qayda pozuntusunu hamı gördü. Buna qiymət verməyi insanların öhdəsinə buraxıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Azərbaycan Premyer Liqasının “altılıq” mərhələsinə evdə “Neftçi”yə məğlubiyyətlə başlayan (0:1) “zolaqlılar” meydanı xalla tərk edə bilərdi. Braziliyalı Flavinyonun 8-ci dəqiqədə vurduğu qoldan az sonra onun “Bakı”dakı həmyerlisi Jabanın tarazlığı bərpa etməyə yaxın idi. Belə ki, hücumçu “Neftçi”nin qapıçısı Rauf Mehdiyevi keçdiyi zaman cərimə meydanında yerə yıxılsa da, baş hakim Əfqan Həmzəyev penalti təyin etmədi və bu epizod böyük əks-səda doğurdu.
Məmmədov həmin epizodda referinin səhv etdiyini bildirib: “Əfqan “Neftçi”nin qapısına penalti təyin edib, Raufa son ümid foluna görə qırmızı vərəqə göstərməli idi. Baş hakim bu epizodu görməyə bilərdi. Ancaq fakt odur ki, Jaba topa birinci çatmışdı və Rauf əli ilə onun ayağından tutub, yerə yıxdı. Bu, oyunun 12-ci dəqiqəsində baş verir. Həmin vaxt penalti və qırmızı vərəqə verilsəydi, sonradan meydanda nələr baş verə bilərdi? Bu, həlledici an idi və oyunun axarını tam dəyişə bilərdi. Ancaq Həmzəyev belə qərar çıxarmağa risk etmədi”.
Vitse-prezident hakimliklə bağlı şikayət etməyəcəklərini deyərək, bunun faydasız olması ilə əsaslandırdı. O, hakimin qərəzli olub-olmamağı ilə bağlı sualı belə cavablandırdı: “Bunu onun vicdanına buraxıram. Həmzəyevin yan xətdə köməkçisi olan Eldar Nağıbəyovun da yanlış qərarları öz təsirini göstərdi. Oyunun ilk hissəsində onun bayrağı qalxmadı. Ancaq fasilədən sonra bayrağı göydə olaraq, əleyhimizə yanlış ofsayd qərarlar verdi”.
Məmmədov ruhdan düşməyərək, final mərhələsində sona kimi mübarizə aparacaqlarını bildirib: “Komandamızın ilk hissəsində oyunun o qədər razı qalmasam da, fasilədən sonda daha yaxşı təsir bağışladığımızı deyə bilərəm. Biz 2-ci hissədə “Neftçi”dən daha yaxşı oynadıq. Əlbəttə, mübarizəmizi sona kimi davam etdirəcəyik. Hələ heç nə bitməyib, faciə baş verməyib. Sadəcə, hakimlər gərək diqqətli olsunlar. Həmzəyevin qərarı oyunun müqəddəratını həll edə bilərdi”.
Mehman SÜLEYMANOV

0
0