Bir ay futbol olmayacaq
14.03.2011 - 14:50
Yaponiyada qeydə alınan zəlzələ və sunami futbol üzrə ölkə çempionatına da təsir edib. Apasport.az saytının məlumatına görə, qarşıdakı 1 ay ərzində keçirilməli olan bütün qarşılaşmalar təxirə salınıb. Hadisədən dərhal sonra 1 turun oyunları başqa vaxta keçirilsə də, güclü dağıntıların olması təxirəsalmaların sayını artırıb.
Qeyd edək ki, bir neçə Yaponiya klubu stadionsuz qalıb. Belə ki, onların oynadığı arenalar da dağılıb.
Qeyd edək ki, bir neçə Yaponiya klubu stadionsuz qalıb. Belə ki, onların oynadığı arenalar da dağılıb.
0
0