Mahir Şükürov: Məndən asılı olan hər şeyi edəcəyəm
15.03.2011 - 10:20
“Həmişə milli komandada oynamaqdan fəxr etmişəm. Ötən il yığmanın bütün görüşlərində iştirak etmişəm və Belçika millisi ilə rəsmi oyunu buraxmaq istəməzdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov deyib. Rusiyanın “Anji” klubunda oynayan yarımmüdafiəçi hazırda zədəli olduğundan, yaşıl meydandan kənarda qalıb. Ancaq yığmamızın baş məşqçisi Berti Foqtsun Mahirin adını Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika millisi ilə səfərdəki rəsmi oyun üçün açıqladığı siyahıya daxil edib. Şükürovun zədəsini sağaldacağı halda, milliyə qoşulacağı açıqlanıb: “Belçikada meydana çıxmaq üçün məndən asılı olan hər şeyi edəcəyəm. Azərbaycan evdə Türkiyə yığmasına qalib gəldikdən sonra Avropada daha sıradan bir komanda deyil”.
0
0