Premyer Liqada eksperiment
15.03.2011 - 10:32
Futbolda vurulan qolların qeydə alınması üçün tətbiqi gündəmdə olan yeni texnologiyalar yaxın gələcəkdə sınaqdan keçiriləcək. Apasport.az saytının məlumatına görə, FİFA “Qirği gözü” adlanan texnologiyanı İngiltərə Premyer Liqasında yoxlayacaq. Bir neçə gün əvvəl 10 nüfuzlu şirkətin təkliflərini nəzərdən keçirən qurum onların heç birinin hazırladığı texnologiyalardan razı qalmamışdı. Dünya futbol qurumu 1 saniyədən az müddətdə 100 faiz dəqiqlik tələb edirdi. Lakin Böyük Britaniyanın “Hawk-Eye Innovations Ltd” şirkəti həmin sınaqlarda iştirak etməmişdi. Şirkət rəhbərliyi hazırladığı “Qırğı gözünü FİFA-ya təklif edib. Aparaturanın yaradıcıları bildiriblər ki, 3 ildir “Ridinq” klubunun stadionunda yerləşdirilən “Qırğız gözü” bu müddətdə dəqiq işləyib. Artıq Premyer Liqa rəhbərliyi ilə razılıq əldə edən şirkət nümayəndəsi bilib ki, 3 stadionda yerləşdiriləcək texnologiyalar 6 ay müddətində sınaqdan keçiriləcək.
0
0