“İnter” yenə “Bavariya”nın qənimi oldu
16.03.2011 - 09:52
UEFA Çempionlar Liqasında (ÇL) daha 2 ¼ finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”lə “İnter” 1/8 mərhələsinin növbəti qalibləri olublar. Bununla da sonuncular İtaliyanın Avropanın ən nüfuzlu turnirində təmsilçisinin qalmamağına imkan verməyib. Həm İngiltərədə, həm də Almaniyada keçirilən cavab oyunları gərgin mübarizədə keçib. Təsadüfi deyil ki, hər iki qələbə yalnız bir top fərqi ilə əldə edilib.
“İnter” ÇL-in finalında olduğu kimi, yenə “Bavariya”dan üstün olub. Halbuki evdə 0:1 hesablı məğlubiyyətdən sonra çoxları milanlıların bunu əvəzini səfərdə çıxa bilməyəcəyini düşünürdü. Ancaq Leonardonun yetirmələri qapısına yol tapa bilmədiyi “Bavariya”ya onun meydanında 3 qol vurub. Özü də qələbə topunu sona 2 dəqiqə qalmış vuran “Muğan”ın makedoniyalı futbolçusu Saşko Pandevin böyük qardaşı Qoran Pandev olub. Bununla da “İnter” səfərdə daha çox qol vurduğuna görə cütün qalibi olub.
Çempionatda da uğursuz çıxış edərək qızıl medallardan əlini üzən, 5-ci yerdə gedən “Bavariya”nın bu məğlubiyyətdən sonra hollandiyalı baş məşqçisi Lui van Qalla yollarını ayıracağı şübhə doğurmur.
“Mançester Yunayted” isə meksikalı hücumçusu Ernandesin dublu ilə növbəti mərhələyə çıxıb. Əslində oyunda hər 3 qolu ingilislər vurub. Sadəcə, Braun qapıları səhv salaraq, avtoqola imza atıb. “Marsel” qalan 8 dəqiqədə hesabı bərabərləşdirəcəyi halda, məhsuldar bərabərliklə ¼ finala çıxacaqdı ki, buna nail ola bilməyib.
Qeyd edək ki, bunadək İspaniyanın “Barselona”, Ukraynanın “Şaxtyor”, İngiltərənin “Tottenhem” və Almaniyanın “Şalke” klubları ¼ finala çıxıb.
15 mart
“Bavariya” (Almaniya) – “İnter” (İtaliya) – 2:3
Qomes, 21, Müller, 31 – Eto’O, 4, Sneyder, 63, Pandev, 88
İlk oyun – 1:0
“Mançester Yunayted” (İngiltərə) – “Marsel” (Fransa) – 2:1
Ernandes, 5, 75 – Braun, 82-öz qapısına
İlk oyun – 0:0

0
0