“Aleks “Xəzər Lənkəran”dan daha güclü kluba keçə bilər”
16.03.2011 - 10:28
“Aleks əla futbolçu keyfiyyətlərinə malikdir. Mən həmişə bu haqda demişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniya milli komandasının sabiq baş məşqçisi Viktor Pitsurka deyib.
Tanınmış mütəxəssis verdiyi geniş müsahibədə “Xəzər Lənkəran”da oynayan oğlu Aleks Pitsurka haqqında da danışıb: “O, indiyə qədər də yaxşı vaxtlar keçirib. Lakin bu, gözlənilənlərlə müqayisədə aşağı olub. Aleksin artıq 27 yaşı var. Mən onun yaşında olanda tam parlamışdım. O, indi Azərbaycanda “Xəzər Lənkəran” klubunda Mirça Rednikin rəhbərliyi altında oynayır. Aleksin özünü göstərməsi üçün orada əla şərait var. O, bundan maksimum yararlansa, artıq bu ilin yayında daha güclü Avropa klubuna da keçə bilər”.
Qeyd edək ki, kiçik Pitsurka bu ilin yanvarında “Xəzər Lənkəran”a transfer olunub.

0
0