Roberto Karlos silahlı basqına məruz qaldı
16.03.2011 - 10:54
İtaliyada növbəti futbol qalmaqalı yaşanıb. Apasport.az saytının məlumatına görə, Apennin yarımadasında həvəskarlar liqasında mübarizə aparan “Sanremese”nin futbolçularına silahlı basqın edilib. Lakin Liquriya bölgəsində keçirilən festival zamanı baş verən insidentin izinə isti-isti düşən polis cinayətkar dəstəni yaxalaya bilib.
Məlum olub ki, bu cinayəti “Sanremese”nin 45 yaşındakı prezidenti Marko Del Qratta, onun 70 yaşlı atası Rikardo Qratta və digər 11 nəfər törədib. Onların silahlı basqınına səbəb isə komandadan təzminat vermədən kənarlaşdırmaq istədikləri 3 futbolçuya görə olub.
Qeyd edək ki, hücuma məruz qalan oyunçular arasında “Napoli”nin sabiq argentinalı futbolçusu Roberto Karlos Souza da olub.

0
0