Yığmamızın rəqibləri seçimini etdi
16.03.2011 - 11:07
Yığmamızın rəqibləri seçimini etdi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparacaq İngiltərə və Norveç yığmalarının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqiblərimiz qarşıdakı yoldaşlıq oyunlarında güvənəcəyi heyətləri müəyyənləşdiriblər. İngiltərəli futbolçular martın 24-də Danimarka, martın 28-də isə İslandiya yığması ilə qarşılaşacaqlar. Norveçlilər isə martın 29-da avstriyalı həmyaşıdları ilə üz-üzə gələcəklər. Komandaların baş məşqçiləri də futbolçularla bağlı seçimini edib.

İngiltərə
Franki Fildinq, Skot Loaç, Aleks Smits, Aleks Makkarti, Natan Beker, Co Bennet, Rayan Bertrand, Stiven Kaulker, Kiran Qibbs, Ben Mi, Kayl Nauqton, Mika Riçards, Kris Smallinq, Ceyms Tomkins, Kayl Ualker, Mark Albriqton, Cek Kork, Tom Kleverli, Mark Devis, Cordan Enderson, Henri Lansbari, Coş Makİkran, Fabris Muamba, Cek Rodvell, Danni Ros, Skot Sinkleyr, Natan Delfuneso, Qari Huper, Daniel Sturridc, Denni Uelbek, Konnor Uikam

Norveç
Arild Ostbo, Lars Kramer, Veqar Eqqen Hedenstad, Havard Nordtveyt, Simen Uanqberq, Stefan Strandberq, Maqnus Volf Eykrem, Harmit Sinq, Markus Henriksen,Co İnqe Berqet, Markus Pedersen, Remi Cohansen, Fredrik Semb Berqe, Torqeyr Borven, Omar Elabdellaui, Anders Konradsen, Muhammed Keyta, Yoaxim Vaqe Nilsen