Berti Foqts karyerasını Türkiyədə davam etdirə bilər
16.03.2011 - 11:50
Berti Foqts karyerasını Türkiyədə davam etdirə bilər
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 65 yaşlı mütəxəssis “Beşiktaş” klubunu çalışdırmağa namizədlər sırasındadır.

Digər almaniyalı Bernd Şusterin istefaya göndərilməsindən sonra onu həmyerlisinin əvəzləyəcəyi iddia olunur.

Mövsümün sonunadək Tayfur Havutçuya tapşırılan komandanın yayda daha güclü mütəxəssislə əvəzlənəcəyi qaçılmazdır. Türkiyə mətbuatı isə artıq həmin posta müxtəlif çalışdırıcıların gələcəyini iddia edir.

Alman həmkarlarımız Foqtsun “Beşiktaş”ı çalışdıracağını yazır. Onun baş məşqçi olacağını iddia edən həmkarlarımız millimizin Türkiyə yığmasını məğlub etməsini almaniyalı üçün əsas üstünlük sayır.