Kazım Kazıma 2 aylıq həbs cəzası
16.03.2011 - 12:29
Kazım Kazıma 2 aylıq həbs cəzası
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Türkiyə yığmasının futbolçusu Kazım Kazım barəsində başlanan cinayət işi yekunlaşıb. Apasport.az saytının məlumatına görə, məhkəmə ötən mövsümün ikinci yarısında Fransa “Tuluza”sının şərəfini qoruduğu vaxt polislə mübahisə etməsi səbəbindən ona 2 aylıq şərti həbs cəzası kəsib. Kazım bu cəzadan əlavə, 3 min avro cərimə də ödəyəcək.

Qeyd edək ki, futbolçu Fransada eyni hərəkəti bir daha təkrarlayarsa, cəzasının üzərinə bu müddət də əlavə ediləcək və həbs ediləcək.
0