Yığmamızın məşqçisi: Əsas futbolçunun səviyyəsidir
16.03.2011 - 12:44
“Əsas futbolçunun ustalıq səviyyəsidir. Bu olarsa, maksimal hazırlıqsız da oynamaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn deyib.
56 yaşlı almaniyalı mütəxəssis ötən il karyerasını bitirən həmyerlisi Yens Lemannın yenidən futbola qayıdışına münasibət bildirib. Ştayn 42 yaşlı qapıçının İngiltərə “Arsenal”ında çıxış etməsində problem görmür: “Belə zəngin təcrübə fiziki hazırlıqdakı bütün çatışmazlıqları ört-basdır edə bilir. Mənim bildiyimə görə, Yens indi də əla formadadır. Bu yaşında komandasına hələ çox kömək edə bilər. Səviyyə - bu, Lemannın gördüyü işin qiymətidir. Həm də ki, onunla baş məşqçi Arsen Vengerin münasibətləri hələ də yaxşıdır”.
Qeyd edək ki, Ştayn futbolçu karyerasını 50 yaşında bitirib.

0
0