“Barselona”nın futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb
16.03.2011 - 12:57
“Barselona”nın futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb
“Barselona”nın futbolçusu Erik Abidal xərçəng xəstəliyinə tutulub. Apasport.az saytının məlumatına görə, Fransa yığmasının da üzvü olan müdafiəçinin qara ciyərində şiş aşkarlanıb.

Erik cümə günü Barselonadakı klinikaların birində əməliyyat olunacaq. Abidalın xəstəliyindən xəbər tutan həmkarları ona dəstək olub. “Barselona”dakı komanda yoldaşları Xerard Pike ilə Andreas İnyesta, “Real”ın braziliyalı futbolçusu Kaka, “Arsenal”ın yarımmüdafiəçisi Sesk Fabreqas ona ruhdan düşməməyi, sağalması üçün dua edəcəklərini bildiriblər.