“Xəzər Lənkəran” minimuma, “Qarabağ” ikinci pilləyə doğru
16.03.2011 - 13:10
Sabah Azərbaycan Premyer Liqasının final mərhələsində növbəti görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, bir oyunla başlayan XXIV turun matçlarının çoxu martın 18-də keçiriləcək.
Milli komandamız Belçika yığması ilə rəsmi oyuna hazırlıq məqsədilə martın 19-da Almaniyaya təlim-məşq toplanışına yollandığından, tur əvvələ çəkilib. Avro-2012-nin seçmə mərhələsinə təsadüf edən bu görüşlə əlaqədar çempionatımızda 2 həftəlik fasilə yaranacaq.
Sabah baş tutacaq yeganə oyunda “Qəbələ” rəqibindən əvəz çıxmağa çalışacaq. Axı məhz bu il “Muğan”a səfərdəki məğlubiyyət qəbələlilərə “altılıq”dan kənarda qalmaq bahasına başa gəldi. Komandalar son 3 həftədə 2-ci dəfə “Şəfa” stadionunda görüşəcəklər. “Qəbələ” ilə “Muğan”ın turnir cədvəlində qonşu olması, ikinci “altılığ”ın qalibi olmaq uğrunda mübarizə aparmaları da oyunun prinsipiallığını artırır.
İkinci “altılığ”ın digər oyunlara gəlincə, “Gəncə” ilə “Simurq”un görüşündə qalib hələ müəyyənləşməyib. Belə ki, gəncəlilər uzun müddətdir qələbə və qol həsrətinə autsayderlə ev oyununda son qoymalıdır. “Turan” isə MOİK-ə qalib gəlməklə, təhlükəli zonadan bir qədər də uzaqlaşacaq.
Şübhəsiz ki, turun mərkəzi oyunu Lənkəranda olacaq. “Neftçi” ilə “Xəzər Lənkəran” cari mövsümdə artıq 5-ci dəfə üzləşəcəklər ki, bunlardan 4-ü bu ilə təsadüf edib. “Ağ-qaralar” cari mövsümdə yenə bilmədiyi lənkəranlılardan ölkə kubokunun 1/4 final mərhələsindəki məğlubiyyətin əvəzini çıxmalıdır. “Xəzər Lənkəran” qalib gələrsə, lider “Neftçi” ilə xal fərqini yenidən minimuma endirəcək.
“Qarabağ”ın artıq bu turda 2-ci pilləni “Xəzər Lənkəran”ın əlindən alması mümkündür. Bunun üçün ağdamlıların AZAL-la oyunda qalib gəlməsi, Lənkərandakı “Böyük oyun”da meydan sahiblərinin xal itirməsi lazımdır. “Qarabağ” hətta “Xəzər Lənkəran”la xalları bərabər olarsa, onu qabaqlayacaq. Çünki şəxsi oyunlarda top fərqi (evdə 0:1, səfərdə 2:1) Qurban Qurbanovun yetirmələrinin xeyrinədir. Çempionatda son 8 oyunda meydanı qalib tərk edən “Qarabağ”ın seriyasını davam etdirməsi realdır.
Ancaq digər tərəfdən, AZAL ötən tur gözlənilmədən “Xəzər Lənkəran”a qalib gəlməklə, asan rəqib olmadığını göstərdi.
Son vaxtlar uğursuz çıxış edən “İnter” “Bakı” ilə görüşdə buna son qoymağa çalışacaq. “Bankirlər” cari mövsümdə həmşəhərliləri ilə hər iki oyunda minimal fərqlə qalib gəlib. “Neftçi”dən sonra ardıcıl 2-ci Bakı derbisinə çıxacaq “zolaqlılar” medallar uğrunda mübarizədə şansını saxlamaq üçün səfərdə qalib gəlməlidir.
17 mart
14:00. “Muğan” – “Qəbələ”
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsinin oyunları – 0:2, 1:0
18 mart
14:00. “Gəncə” – “Simurq”
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsinin oyunları – 1:1, 0:0
14:00. “Turan” – MOİK
Tovuz. Şəhər stadionu
Təsnifat mərhələsinin oyunları – 2:0, 2:0
14:00. “Qarabağ” – AZAL
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Təsnifat mərhələsinin oyunları – 0:0, 0:2
16:00. “İnter” – “Bakı”
Bakı. “Şəfa” stadionu
Təsnifat mərhələsinin oyunları - 1:0, 2:1
18:00. “Xəzər Lənkəran” – “Neftçi”
Lənkəran. Şəhər mərkəzi stadionu
Təsnifat mərhələsinin oyunları – 1:0, 0:0
Turnir cədvəli
Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15

1 | Neftçi | 23 | 15 | 6 | 2 | 41-9 | 51 |
2 | Xəzər L | 23 | 14 | 5 | 4 | 28-13 | 47 |
3 | Qarabağ | 23 | 14 | 3 | 6 | 32-14 | 45 |
4 | İnter | 23 | 12 | 4 | 7 | 24-18 | 40 |
5 | AZAL | 23 | 10 | 9 | 4 | 28-16 | 39 |
6 | Bakı | 23 | 9 | 6 | 8 | 28-22 | 33 |
7 | Qəbələ | 23 | 8 | 8 | 7 | 20-15 | 32 |
8 | Muğan | 23 | 8 | 6 | 9 | 17-24 | 30 |
9 | Gəncə | 23 | 5 | 9 | 9 | 23-28 | 24 |
10 | Turan | 23 | 4 | 6 | 13 | 18-35 | 18 |
11 | Simurq | 23 | 2 | 6 | 15 | 13-37 | 12 |
12 | MOİK | 23 | 1 | 4 | 18 | 7-48 | 7 |

0
0