Branimir Subaşiç: Ümid edirəm ki, daha belə şeylər olmayacaq
16.03.2011 - 14:46
“Son turlarda oynamamağım zədə ilə bağlıdır. Bununla əlaqədar Serbiyaya yollanmışdım. Bakıya yenicə qayıtmışam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Branimir Subaşiç deyib.
Ötən yay əyalət təmsilçisinə keçən milliləşən serbiyalı hücumçu paytaxtdakı görüşlərdə - “Bakı” ilə ölkə kubokunun cavab oyununda və “altılığ”ın ilk turunda MOİK-lə matçda kənarda qaldı: “Köhnə zədəmi təzələmişəm. Ola bilsin ki, zədə süni örtükdə oynamağımızla bağlıdır. 2 həftədən sonra oynayacağam. Yəni, millinin oyunu ilə əlaqədar çempionatda fasilə bitəndən sonra meydana çıxacağam. Bu müddətdə vətənimə yollanmaq fikrim yoxdur. Azərbaycanda qalıb, öz üzərimdə işləyəcəm”.
Cari mövsüm həm “Qəbələ”, həm də Branimir üçün uğursuz alınır. Komanda “altılıq” və ölkə kubokunda kənarda qalmaqla, avrokuboklara çıxa bilməyəcəyi ilə barışmalı oldu. Subaşiç isə cari mövsümdə zədə epidemiyasından qurtula bilmir: “Həqiqətən də, bu il bəxtimiz gətirmir. “Qəbələ”dən çox şey gözləyirdim. Ancaq nə etmək? Ümid edirəm ki, daha belə şeylər olmayacaq”.
İkinci “altılıq”da oynamaq stimulu az olsa da, 29 yaşlı futbolçu müqavilə üzrə öhdəçilikləri yerinə yetirməlidir: “Qəbələ” ilə yaya kimi müqaviləm var. Anlaşmanın uzadıb-uzatmayacağım haqda indidən dəqiq bir şey deyə bilmərəm. Ancaq məsələyə bu günlərdə aydınlıq gəlməlidir. “Qəbələ”dəki gələcək taleyimlə bağlı bir neçə gündən sonra dəqiq cavab verə bilərəm”.
Mehman SÜLEYMANOV

0
0