Eysebio, Şafer, Qurbanov və ispan futbolunun əfsanəsi
16.03.2011 - 15:48
Avropanın ən titullu futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, milli çempionatlarda ən azı 10 dəfə qızıl medal qazanan futbolçuların adları məlum olub. Qitə futbol tarixində yalnız 4 oyunçu bu rəqəmi arxada qoyub.
Siyahıya macarıstanlı Alfred Şafer başçılıq edir. “Ferentsvaroş”un əfsanəsi 16 dəfə Macarıstan çempionu titulunu qazanıb.
Şaferin 3 izləyicisi var ki, onların hərəsi 12 dəfə qızıl medalları boynuna taxıb. Bunlardan ikisi “Benfika”nın heyətində Portuqaliya çempionatında sevinib. Eysebio nəinki bu ölkənin, bütün dünya futbolunun əfsanələrindən sayılırsa, Mario Kolluna o qədər də tanınmır. Onların şəriki də Pireney yarımadasındandır. Bu, “Böyük beşlik” çempionatlarının mütləq rekordçusu Françisko Xentodur. İspaniya və “Real”ın əfsanəsi də 12 dəfə çempion adını qazanıb.
Mükafat sayında Azərbaycan rekordçusu, Premyer Liqada 400-cü matçının ərəfəsində olan Mahmud Qurbanov isə siyahıya düşməyə ən yaxın oyunçu sayılır. Belə ki, 10 çempionluğu olan yarımmüdafiəçi bu həddi aşmaqla, 2-ci qızıllarının “10-luğ”una start verə bilər. Bununla da o, 4 nəfərlik siyahını 5-ə qədər genişləndirər.
Lakin 1 məqam da var ki, Qurbanovun Xento və Eysebio kimi əfsanələrlə şərik olmasına AFFA-nın sabiq rəhbərliyi imkan verməyib. Yoxsa ki, 1996/97 mövsümünün mübahisəli çempionluğu “Neftçi”nin olsaydı və 2001/02 mövsümü sona çatsaydı, bizim əfsanə ispan və portuqaliyalı əfsanələrlə yanaşı olacaqdı.
Vüqar XEYRULLAYEV

0
0