Qırılan seriyalar və ilk qol
17.03.2011 - 16:58
“Muğan” bu il ilk məğlubiyyətini alıb. Apasport.az saytının hesablamalarına görə, Bəhmən Həsənovun baş məşqçi təyinatından sonra daha yaxşı çıxış edən komanda 79 gündən sonra uduzdu. Bu, “Şəfa” stadionunda Premyer Liqanın XXIV turunun “Qəbələ” ilə açılış oyununda qeydə alındı – 1:2. “Muğan” oyunda hesabı açsa da, sonradan üstünlüyünü əldən verdi.
Salyanlılar bunadək sonuncu məğlubiyyətini ötən ilin dekabrın 18-də, XVIII turda “Qarabağ”la səfər oyununda almışdı – 0:2. Həsənovun yetirmələri bundan sonra 5 oyundur uduzmurdu ki, bunlardan 4-də qalib gəlmişdi. Həmin qələbələrdən biri elə “Qəbələ” üzərində əldə edilmişdi. Ancaq bu dəfə “Şəfa” stadionundakı oyun nominal meydan sahiblərinin məğlubiyyəti ilə nəticələndi.
Yeri gəlmişkən, “Muğan” Salyandakı stadionunda yenidənqurma işləri getdiyindən, rəqiblərini hələ ki bu arenada qəbul edir. Komanda cari mövsümdə Salyanda yeganə məğlubiyyətini “Neftçi”dən alıb (0:3). Həsənov məhz bu oyundan sonra istefa verən bosniyalı həmkarı Almir Hurtiçin yerinə baş məşqçi postuna keçdi.
Cari çempionatda məğlubiyyətsiz oyunlar sayına görə rekord vuran “Qəbələ” isə bu il ilk qələbəsini qazandı. Toni Adamsın çalışdırdığı komanda sonuncu dəfə 3 xalı 96 gün öncə qazanmışdı. Bu, ötən ilin dekabrın 11-də, XVII turda “Turan”la ev oyununda olmuşdu – 2:0.
“Qəbələ” həmin görüşdən sonra “Bakı” ilə ölkə kubokunun 1/4 final oyunlarını da nəzərə alsaq, 7 oyundur qələbə üzünə həsrət qalmışdı. Qəbələlilərin qələbə topuna qış fasiləsində transfer etdiyi Murad Hüseynov imza atdı. Bununla, milli komandamızın gənc hücumçusu ölkəmizdə ilk qolunu vurdu.

0
0