Toni Adams: Oyundan həzz aldım
17.03.2011 - 17:17
“Qarşılaşmadan həzz aldım. Bərabər səviyyəli komandaların oyunu idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
İkinci “altılığ”ın liderləri olan “Qəbələ” ilə “Muğan”ın bu gün “Şəfa” stadionunda keçirilən görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Əzmkar qələbəyə sevinən Adams komandasının göstərdiyi oyundan da razı qalıb: “Rəqibin hesabı dəyişmək üçün şansı var idi. Lakin biz qələbə qolunu vura bildik”.
“Muğan”ın məşqçisi Elşad Quliyev isə istədikləri oyunu göstərə bilmədiklərini bildirib: “Xətlər arasında əlaqə yaxşı deyildi. Baş məşqçimiz Bəhmən Həsənov sağlamlığında problem olması səbəbindən bu oyunda komandanın başında ola bilmədi. Buraxdığımız səhvlərdən qapımızda qol gördük”.

0
0