Uinston Parks: Sabah partlayış ola bilər - MÜSAHİBƏ
17.03.2011 - 18:00
“Xəzər Lənkəran” klubunun kostarikalı hücumçusu Uinston Parksın apasport.az saytına müsahibəsi
- Sabah çempionluq yolunda əsas rəqibiniz olan “Neftçi” ilə qarşılaşacaqsınız. Cari mövsümdə 4 dəfə üz-üzə gəldiyiniz rəqiblə növbəti matç haqda nə deyə bilərsiniz?
- Əvvəlki 4 oyun kimi çətin olacaq. Düzdür, ümumilikdə nəticələr biz istədiyimiz kimidir. Ancaq bu qarşılaşmalar keçmişdə qalıb. Hər oyunun öz nəticəsi və əhəmiyyəti olur. Əlbəttə, doğma azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirik. Finala bərabər görüş olacağını düşünürəm. Ola bilsin, rəqib Lənkərana gələrkən, sərfəli nəticə haqda düşünsün. Yəni, məğlub olmamaqla yanaşı, hətta qələbə qazanmaq istəsinlər.
- Məğlub olsanız, “Xəzər Lənkəran” üçün çempionluq iddiasının qapandığını düşünmək olarmı?
- Təbii ki, bu oyundakı xal itkisi çempionluğun taleyini həll etməyəcək. Xal fərqi artsa, artıq digər oyunların nəticəsini gözləməli olacağıq. Ancaq qələbə qazanıb, fərqi minimuma endirə bilərik. “Neftçi” ilə hələ final mərhələsinin ikinci dövrəsində də qarşılaşacağıq. Məncə, taleyimiz öz əlimizdədir. Əgər məğlub edə bilməsək, digər oyunlarda büdrəmələrini gözləməli olacağıq. Çünki “Qarabağ” və “İnter” kimi güclü komandalarla matçlar var.
- Komandalar yenə açıq futbol nümayiş etdirəcəkmi?
- Məncə, bu qarşılaşma kubok oyunlarından fərqlənəcək. Oyunun daha maraqlı və baxımlı alınacağına inanıram. Bu mənada sabahkı oyunun kubok görüşlərini arxada buraxacağını düşünürəm. “Neftçi” bizdən aralanmağa, biz isə fərqi minimuma endirməyə çalışacağıq. Oyunda hər şey olacaq. Uşaqların yaxşı motivasiya olduqlarını düşünürəm. Bu qarşılaşma həyat və ölüm anlamına gəlir. Oyunda futbol adına istənilən partlayış ola bilər.
- Zədəli olduğunuz üçün AZAL-la matçı buraxdınız. “Neftçi” ilə qarşılaşmada necə, meydana çıxa biləcəksinizmi?
- Baş məşqçinin qərarından asılı olacaq. Zədəm sağalıb. Oynamağa hazıram. Dünən və bu gün yüksək səviyyədə məşq etmişəm.
- Rəqibin heyətində hansı futbolçuları fərqləndirmək istərdiniz?
- “Neftçi”nin heyətində yaxşı futbolçular çoxdur. Xüsusilə 9, 14 və 17 nömrəli (müvafiq olaraq, Flavinyo, Bahodir Nasimov, Araz Abdullayev) futbolçuları fərqləndirmək istəyirəm.
- Əksər mütəxəssislər çempionluq yolunda “Neftçi” və “Xəzər Lənkəran”ı şanslı sayır. Bəs siz hansı komandaları bu siyahıya əlavə edərdiniz?
- “Qarabağ”ı, çox yaxşı heyətləri var. Hücumda daha yaxşı oynayırlar. Təbii ki, mən diqqətimi öz komandamın çıxışına yönəltmişəm və “Xəzər Lənkəran”ın qələbə qazanması, çempion olması üçün əlimdən gələni edəcəm.

0
0