Vadim Borets “Bakı”dan ayrılır
17.03.2011 - 18:14
“Bakı” klubunun futbolçusu Vadim Borets İsveçə yollanacaq. Apasport.az saytının məlumatına görə, Moldova yığmasının baş məşqçisi Qabi Balint 35 yaşlı sol cinah oyunçusunu Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da İsveçlə səfərdəki rəsmi görüşə çağırıb.
Rumıniyalı mütəxəssis həmin matça açıqladığı 21 nəfərlik siyahıda Premyer Liqamızın hazırkı iştirakçılarından yalnız Boretsə yer verib. Onun “Bakı”dakı komanda yoldaşı, müdafiəçi Aleksey Savinov bu dəfə çağırılmayıb. Balintin siyahısında bizə tanış olan digər futbolçu Anatoli Doroşdur. Ölkəmizdə “MKT-Araz”, “Standard”, “Karvan”, “Olimpik-Şüvəlan” klublarında oynamış hücumçu qış fasiləsində Qazaxıstanın “İrtış” klubuna keçib.

0
0