“Bakı fəhləsi”nin sabiq qapıçısı Azərbaycana qayıtdı
17.03.2011 - 18:31
“Bakı fəhləsi”nin sabiq qapıçısı Azərbaycana qayıtdı
Uzun illər milli çempionatımızın iştirakçısı olmuş Vladimir Kopeykin Azərbaycana qayıdıb. Apasport.az saytının məlumatına görə, “Bakı fəhləsi”ndə çıxışı ilə tanınan veteran qapıçı bu gün “Şəfa” stadionunda olub.

Kopeykin həmin arenada keçirilən Premyer Liqanın XXIV turunun “Muğan” – “Qəbələ” oyununu izləyib. O, keçmiş komanda yoldaşı Vadim Vasilyevlə birgə görüşmək imkanı tapıb. Vladimir milliyətcə rus olsa da, həmyerlimizdir. O, karyerasını bitirdikdən sonra Rusiyaya köçsə də, anası indi də Bakıda yaşayır. Bakıda futboldan kənarda sahədə çalışan keçmiş qapıçı vaxtaşırı ölkəmizə gələrək, anasına baş çəkir.