Toni Adamsdan özünəməxsus addım
18.03.2011 - 00:00
“Qəbələ”nin baş məşqçisi Toni Adams Azərbaycan Premyer Liqasında özünəməxsus addım atır. Apasport.az saytının məlumatına görə, ingilis çalışdırıcı “Muğan”la “Şəfa” stadionunda keçirdikləri səfər oyununun ilk hissəsində texniki zonada olmayıb.
O, həmin vaxt oyunu tribunadan izləyib. Ancaq bu, onun cəzalı olması ilə bağlı deyildi. Sadəcə, Adams yuxarıdan komandasının oyunu, futbolçuları daha göründüyündən, bu addımı atıb. Adams ikinci hissədə texniki zonada yerini tutub ki, “Qəbələ” qələbə topunu məhz həmin vaxt vurub. Adamsın tribunadan izlədiyi ilk hissə 1:1 hesabı ilə nəticələnmişdi.
Qeyd edək ki, Adams artıq 2-ci dəfədir belə edir. O, “altılığ”ın ilk turunda MOİK-lə Bakıdakı oyunda da ilk hissədə tribunada, fasilədən sonra texniki zonada olmuşdu. Ancaq “Qəbələ” paytaxtdakı həmin görüşdə qalib gələ bilməmişdi – 1:1. Özü də hər iki qol ikinci hissənin əvvəlində 4 dəqiqə ərzində olmuşdu ki, hesabı açan qonaqların yamaykalı hücumçusu Deon Barton olmuşdu.

0
0