Milli komandamızın açıq məşqinin vaxtı dəqiqləşdi
17.03.2011 - 18:39
Milli komandamızın açıq məşqinin vaxtı dəqiqləşdi
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika yığması ilə rəsmi oyun öncəsi açıq məşqinin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimiz martın 27-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtilə saat 22:00-da) Brüsseldə mətbuat üçün açıq məşq keçirəcək. Bu, “Rua Boduen” stadionunda olacaq.

Qeyd edək ki, millimiz martın 29-da həmin arenada Bakı vaxtilə saat 23:45-də Belçika ilə görüşə çıxacaq.

Mənbə: affa.az