“İnter” qızlarla bacarmadı
18.03.2011 - 10:11
“İnter” qızlarla bacarmadı
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri “İnter” klubunun nəzdində 1997-98-ci il təvəllüdlü oğlanlardan təşkil olunmuş komanda ilə qarşılaşıblar.

Şağan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Şəfəq Nəsirova və Əminə Heydərova fərqləniblər.