Əsrin layihəsi apasport.az saytında!!!
18.03.2011 - 12:28
Artıq 2011-ci ilin 2 ay yarımı arxada qalıb. Azərbaycan futbolu üçün yubiley – 100-cü ilin ilk ayları əvvəlki illərdə fərqlənib. Belə ki, futbolumuzun baş qurumu AFFA da, digər klublar, mətbuat da bu yubileylə bağlı hazırlıqlar, işlər görür.
Bu da əbəs deyil. Axı yayda “Buta” sarayında 100 illiklə bağlı möhtəşəm tədbir keçiriləcək. Hələ bu tədbirin keçiriləcəyi yer və məkan müəyyənləşməmiş apasport.az saytı da öz yubiley töhfəsini ortaya qoydu. Biz də adımızı əsrdə bir dəfə yaşanan hadisə ilə bağlı layihələr sırasına öz imzamızı yazdırdıq.
Təbii ki, Azərbaycan idmanının, futbolunun öncüllərindən olan apasport.az bu yubileydən kənarda qala bilməz. Elə bu səbəbdən də əsri tamamlayacaq futbolumuzun bir, həm də birinci əsri ilə bağlı xüsusi layihə hazırlamışıq. Yanvarın 1-də start götürən özəl layihəmiz futbolumuzun ötən 100 ilini əks etdirir.
Beləliklə, apasport.az-da 100 illik yubileyin, yəni futbolumuzun bir əsrinin layihəsinin 2,5 ayı arxada qalıb. Artıq neçə illərdi beynimizdə olan və gününü gözləyən bu ideyanı - 100 ilin rəmzi yığmasının tərtib olunması ilə bağlı sorğuya start vermişik. Həqiqətən də futbol tariximizin ideal “11-liy”i maraq doğurur. Bəlkə də, apasport.az-ın layihəsi olan bu şəxsi ideyamı həyata keçirib öz versiyalarını, müəyyən dəyişikliklər edilmiş variantını gerçəkləşdirənlər də tapılar.
Amma bizim işimiz 1911-2011-cu illərin ən yaxşı 11 Azərbaycan futbolçusunu və təbii ki onlara başçılıq edəcək baş məşqçini müəyyənləşdirib, rəmzi yığma tərtib etməkdir. Seçim etməyi isə apasport.az oxucularının öhdəsinə buraxır. 100 ilin yığması üçün öz variantlarınızı qurub, bizə göndərin. Bütün heyətləri nəzərdən keçirib, hesablamalar apararaq, hansı ampluada kimlərin səs yığdığını müəyyənləşdirmək isə apasport.az-ın üzərinə düşür.
Yanvarın 1-i saat 00:00-dan başlayaraq qəbul etdiyimiz variantları, yəni səsverməni mayın 28-də, Respublika günü saat 23:59-da tamamlayacağıq. Hər halda, futbolumuzun ad günü ilə bağlı layihəni ölkəmizin müstəqillik əldə etdiyi gün bitirmək yaxşı olardı. Əksər rəmzi yığmalarda olduğu kimi, futbolumuzun 1 əsrinin yığması da 1 qapıçı, 4 müdafiəçi, 4 yarımmüdafiəçi, 2 hücumçudan və baş məşqçidən ibarət olacaq.
Bütün oxucularımıza hörmətlə yanaşdığımızdan, onların bütün variantlarını qəbul edir, siyahıya daxil edilə biləcək oyunçular üçün hər hansı şərt qoymuruq. Yəni, öz namizədlərimizi açıqlayıb, seçim etməyi tapşırmırıq. İstədiyiniz, ən güclü saydığınız 11 futbolçu və 1 məşqçiyə səs verə bilərsiniz.
Oxucularımız e-mail ünvanına, poçtumuza məktub yazmaqla, buna imkanı olmayanlar isə redaksiyamıza zəng vurmaqla, öz seçimləri haqda məlumat verə bilərlər. Biz isə cavabları qəbul edib, hesablama aparacaq və mütəmadi nəticələri açıqlayacağıq. Futbol mütəxəssisləri və veteranlarını, elə indi top qovan oyunçuları da fikirlərini bildirməyə dəvət edirik.
Qeyd edək ki, sorğuya artıq kifayət qədər respondent qatılıb. Ayrı-ayrı amplualar üzrə liderlər, favorit məşqçilər də üzə çıxıb. Bu marağın nəticəsidir ki, ölkə futboluna rəhbərlik edən AFFA-da apasport.az-ın bu layihəsini (bunadək 2012-ci ildəki dünya çempionatının talismanı olmağa yeganə namizəd an Tıq-Tıq xanım da bizim ideya idi) də bəyənərək dəstəkləyib. Rəsmən tanınacaq “Əsrin yığması” “Buta”dakı möhtəşəm təbirdə də təqdim olunacaq.
Siz də öz fikrinizi bildirib sorğuya qatılın. Bunun üçün 3 müxtəlif yol var.
Sorğuya qatılmaq üçün e-mail ünvanı: [email protected]
Poçt ünvanı: Bakı şəhəri, Zərifə Əliyeva prospekti, 27, apasport.az saytı (əsrin yığması)
Telefon: 012 596 33 57, 012 596 33 58 (həftənin I-V günləri saat 10:00-dan 17:00-dək)
Vüqar XEYRULLAYEV

0
0