AFFA təqvimi açıqladı
18.03.2011 - 17:00
AFFA təqvimi açıqladı
Martın 24-də və 25-də qızlardan ibarət komandalar arasında “Novruz kuboku” keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda yeni yaradılmış komandalar iştirak edir.

Mingəçevirdə baş tutacaq kubok matçlarında 4 əyalət təmsilçisi qüvvəsini sınayacaq. AFFA-nın rəsmi saytı paytaxt klublarının qatılmadığı yarışın təqvimini açıqlanıb.

24 mart
12:00. Ağstafa – UGİM (Qax)
14:00. Turan (Tovuz) – Naftalan

25 mart
12:00. 3-cü yer uğrunda oyun
14:00. Final