“Gəncə” ən azı 113 gün qol vurmayacaq
18.03.2011 - 17:13
“Gəncə” uzun müddətdir 2 tilsimi qıra bilmir. Apasport.az saytının hesablamalarına görə, gəncəlilər 97 gündür nə qələbə qazana, nə də rəqib qapısına yol tapa bilir. Fuad İsmayılovun çalışdırdığı komanda sonuncu dəfə XVI turda ötən ilin dekabrın 5-də evdə “Muğan”ı böyük hesabla yenəndən (3:0) sonra uğursuzluq sindromundan çıxa bilmir.
“Gəncə” bundan sonra 8 oyundur qol vura bilmir. Düzdür, “Simurq”la bugünkü ev oyununda komandanın kapitanı Azər Məmmədov qol vurdu. Ancaq təcrübəli müdafiəçi qapıçıları səhv salaraq, avtoqol etdi.
Özü də bu il “Gəncə” istisna olmaqla, bütün komandalar, hətta son pillədə gedən MOİK də qol vura bilib. “Gəncə” son 8 oyunun 6-da uduzub, 2-də heç-heçə edib, yəni 2 xal qazanıb. Komandanın sonuncu qolunun müəllifi braziliyalı bombardiri Junivan Suaresdir. Hücumçu “Muğan”la oyunun 55-ci dəqiqəsində fərqlənəndən sonra gəncəlilər qola və qələbəyə həsrət qalıb.
Məlum olduğu kimi, millimizin Belçika yığması ilə rəsmi oyunu ilə əlaqədar çempionatımızda 2 həftəlik fasilə yaranacaq. “Gəncə” növbəti oyununu aprelin 3-də evdə “Qəbələ” ilə keçirəcək. Bu isə o deməkdir ki, Nizami yurdunun təmsilçilərinin həsrəti ən azı 113 gün də çəkəcək.
Mehman SÜLEYMANOV

0
0