18 ilin rekordu yeniləndi
18.03.2011 - 18:00
Azərbaycan Premyer Liqasının XXIV turunda AZAL-ı məğlub edən “Qarabağ” ardıcıl 9-cu qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, ötən ilin sonunda 4 qələbəni sıralayan ağdamlılar 2011-ci ilin startından xal itirməməkdə davam edir.
Təsnifat mərhələsini ardıcıl 7 qələbə ilə başa vurub, final mərhələsinin startında bu seriyanı 9-a çatdıran Qurban Qurbanovun komandası bununla da rekorda imza atıblar.
İndiyədək Ağdam təmsilçisi üçün ardıcıl 8 çempionat oyununda 3 xalın qazanılması mütləq rekord sayılırdı. 1992-ci il çempionatını ardıcıl 7 qələbə ilə başa vuran “Qarabağ” 1993-cü ildəki ilk oyununda da qələbə qazanmışdı.
Bununla, qələbə seriyası 8-ə çatmışdı. Martın 7-də Sumqayıtda “Xəzər”ə 0:1 hesabı ilə uduzan “Qarabağ” 9-cu qələbənin həsrətində qalmışdı. Ötən tur “İnter”i udmaqla, 18 il əvvəlki rekordu təkrarlayan komanda AZAL-la qarşılaşmada milli çempionatlardakı rekordunu yeniləməyə müvəffəq oldu.

0
0