Kaxaber Sxadadze: Hakim penaltimizi vermədi
18.03.2011 - 18:21
“Bu gün maraqlı oyunun şahidi olduq. Komandamız açıq futbol nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXIV turunun “Bakı” ilə oyununda (1:1) hakim haqsızlığı ilə üzləşdiklərindən narazı qalıb: “Oyun ərzində topa biz nəzarət edirdik, üstünlük bizdə idi. Lakin qol buraxdıq və sonradan hesabı bərabərləşdirdik. Matçın sonlarında yaşanan hadisədə isə hakim penalti verməli idi. Əvvəl mən də elə bildim ki, əllə oynayan qapıçı Marko Şarliyadır. Sonra isə bunun sahə oyunçusu olduğunu başa düşdüm. Lakin hakim penaltimizi vermədi”.

0
0