“Gəncə”də şok qərar: Fuad İsmayılovu Mehman Allahverdiyev əvəzlədi
18.03.2011 - 19:27
“Gəncə”də şok qərar: Fuad İsmayılovu Mehman Allahverdiyev əvəzlədi
“Gəncə” futbol komandasının baş məşqçisi Fuad İsmayılov istefa verib. Bu barədə apasport.az saytına açıqlamasında klubun prezidenti Elmir Əliyev məlumat verib.

Onun sözlərinə görə, doğma meydanda Zaqatalanın “Simurq” klubuna 0:1 hesabı ilə məğlub olduqdan sonra İsmayılov postundan getməyə üstünlük verib.

Əliyev artıq İsmayılovun ərizəsinin qəbul olunduğunu, onun yerinə isə yeni baş məşqçinin təyin olunduğunu bildirib. Belə ki, komandaya Mehman Allahverdiyev rəhbərlik edəcək: “Oyundan sonra Fuad İsmayılovla görüşüb söhbət etdik. Ardıcıl ikinci məğlubiyyətdən və son dövrlər klubun uğursuzluqlarını nəzərə alaraq, istefa verdi. Onun yerinə isə biz Mehman Allahverdiyevi təyin etdik”.