Yığmanın sabiq futbolçusu barda qızın qulağını kəsdi - FOTO
19.03.2011 - 16:30
Qananın paytaxtı Akkrada xoşagəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Qana yığmasının sabiq futbolçusu Prins Amoako şəhərin barlarının birində qadına hücum edib.
Polisin məlumatına əsasən yarımmüdafiəçi zərərçəkənlə çox qəddar rəftar edib. Belə ki, bardakı qızlardan birinin qulağını kəsən idmançı, daha sonra xanımın qardaşını bıçaqlayıb.
Zərərçəkənin isə mağaza sahibi olduğu və işçilərindən birini qovduğu üçün futbolçunun ona xəsarət yetirdiyi bildirilir. Hazırda 37 yaşlı Amoako axtarışdadır.
Qeyd edək ki, Prins 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında Qana yığmasının şərəfini qoruyub.

0
0