Lionel Messidən yeni rekord
20.03.2011 - 12:22
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi rekordlar müəyyənləşdirməkdən doymur. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçu İspaniya çempionatının 29-cu turunun “Xetafe” ilə oyununda qol ötürməsi ilə fərqlənib. Boyan Krkiçin qolunun assistenti olan Messi mövsümdə 17-ci dəfə məhsuldar ötürmə verib. Bununla da o, Primera rekordunu təkrarlayıb. Mövsümün sonuna hələ çox qaldığını nəzərə alsaq cənubi amerikalı bu göstəricini də yeniləyəcək.
Qeyd edək ki, ardıcıl 27 çempionat oyununda uduzmayan “Barselona” 1973/74 mövsümündə müəyyənləşdirdiyi 26 matçdan ibarət seriyanı arxada qoymaqla klub tarixinin rekorduna imza atıb.
Qeyd edək ki, ardıcıl 27 çempionat oyununda uduzmayan “Barselona” 1973/74 mövsümündə müəyyənləşdirdiyi 26 matçdan ibarət seriyanı arxada qoymaqla klub tarixinin rekorduna imza atıb.
0
0