Lotar Matteus: Berti Foqtsdan çox şey öyrənmişəm
20.03.2011 - 14:03
“Ümumilikdə 20 il milli komandanın şərəfini qorumağımla fəxr edirəm. 10 dəfə əməliyyat olunmağıma baxmayaraq daim ölkənin əsas komandasında oynamaq hər futbolçuya nəsib olmur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya futbolunun əfsanəsi Lotar Matteus deyib.
Dünya futbol tarixində adı olan futbol veteranı Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu da unutmayıb: “İndi həmin 20 ilin ən yaddaqalan xatirəsini seçmək mümkün deyil. Çünki belə xatirələr o qədər olub ki. Mən çalışdığım məşqçilərin hərəsindən bir şey öyrənmişəm. Haynkes, Lattek, Trapattoni, Derval, Ribbek, Rehagel, Hitsfeld və Foqtsdan çox şeylər öyrənmişəm. Düzdür, Berti Foqtsla 3 il problemim də olub. Lakin onların hər birinin karyeramdakı rolu danılmazdır. Bekkenbauer isə mənim üçün sadəcə məşqçi olmayıb. O, mənə həm dost, həm ata, həm də ilahi bir qüvvə idi”.

0
0