Berti Foqts: Heç vaxt Azərbaycan yığması ilə müqaviləni pozmaram
25.03.2011 - 13:03
Berti Foqts: Heç vaxt Azərbaycan yığması ilə müqaviləni pozmaram
“Nə qədər ki, futboldan həzz alıram, heç nə dəyişməyəcək. Təqaüdə çıxmağa da tələsmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis həmyerlilərinə verdiyi açıqlamada karyerasını bitirmək istəmədiyini bildirib. Bir müddət əvvəl adı Türkiyənin “Beşiktaş” klubu ilə yanaşı hallanan Foqts belə təklifləri qəbul etməsini mümkünsüz sayır: “Mənim Azərbaycanda müqaviləm var. Karyeram boyu heç vaxt anlaşmanı pozmamışam. Bundan sonra da bunu etmərəm”.
0