“Final mərhələsi barədə fikirləşmək düzgün olmazdı”
28.03.2011 - 12:46
“Azarkeşlərimizin önündə qələbə qazanıb, 2-ci pilləyə yüksəldik. Düzdür, indidən Avropa çempionatının final mərhələsini fikirləşmək düzgün olmazdı. Qarşıda bizi çətin oyunlar gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Ağdamın “Qarabağ” klubunun futbolçusu Ansi Aqolliyə məxsusdur.
Albaniyalı legioner milli komandalarının Avro-2012-nin seçmə mərhələsinin Belarusa oyunundan sonra klubunun rəsmi saytına açıqlama verib: “Avropa çempionatı haqqında fikirləşmək xoş bir duyğudur. Şansımızı sona qədər qorumağa çalışacağıq. “Qarabağ”ın uğurlu çıxış etməsinin millidə Admir Teli və mənim oyunuma müsbət təsir etdiyini düşünürəm”.
Qeyd edək ki, Aqolli Albaniyanın 1:0 hesabı ilə qələbə qazandığı matçda 90 dəqiqə forma geyinib.

0
0