Yığmamız Brüsseldə də 4 top buraxacaq?
28.03.2011 - 15:32
Azərbaycan yığması Avro-2012-nin seçmə mərhələsində növbəti oyununu sabah Belçikaya qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, komandamız tarixində 3-cü dəfə martın 29-da meydana çıxacaq.
Bu tarixlə bağlı statistikalar heç də millimizin xeyrinə deyil. Belə ki, 1995-ci ildə Avro-1996-nın Slovakiya, 2003-cü ildə Avro-2004-ün Uelslə qarşılaşmaları komandamızın məğlubiyyətləri ilə başa çatıb. Ən acınacaqlısı isə odur ki, hər iki səfər matçında meydan sahibləri qapımıza 4 qol vurub.
Lakin 16 il əvvəl Koşitsedə baş tutan matç tarixi hadisə ilə əlamətdar olmuşdu. Nazim Süleymanovun Slovakiyada vurduğu top seçmə mərhələlərdə birinci idi. Çünki buna qədərki 4 oyunda yığmamız qola həsrət qalmışdı. Həmin ilk qol isə martın 29-da vuruldu. Lakin bu, yığmamızın böyük hesablı məğlubiyyətdən qaçmasına kömək etmədi – 1:4. Kardiffdəki məşhur “Millenium” stadionunda isə yığmamız daha ağır zərbə alıb – 0:4.
29 mart tarixi Belçika üçün də xoş tarix sayılmır. 107 yaşı olan “qırmızı şeytanlar” 7 dəfə martın 29-da meydana çıxıb və yalnız 1 dəfə qalib gəliblər. Bu da 1997-ci ildə Uelslə görüşə təsadüf edib – 2:1. Daha 2 dəfə isə rəqibimiz heç-heçə ilə kifayətlənib: 1995-ci ildə İspaniya ilə 1:1 və 2000-ci ildə Hollandiya ilə 2:2.
Elə 29 martın belçikalılar üçün “qara gün” olmasının günahkarı da həmin hollandlardır. Onlar 1908-ci ildə 4:1, 1931-ci ildə 3:2, 1936-cı ildə isə 8:0 hesabı ilə belçikalılara dərs keçiblər. Sonuncu dəfə martın 29-da meydana çıxan belçikalılar 2003-cü ildə xorvat “sillə”sinə tuş gəliblər – 0:4.

0
0