Millimizin oyununda anşlaq olmayacaq
28.03.2011 - 16:00
Avro-2012-nin seçmə mərhələsinin sabah keçiriləcək Belçika – Azərbaycan oyununda stadionun tribunaları dolu olmayacaq. Apasport.az saytının məlumatına görə, 50 min tamaşaçı tutumuna malik “Rua Boduen” stadionuna hələlik 22 min bilet satılıb.
Bu isə tribunaların yarıdan çoxunun boş qalmasından xəbər verir. Düzdür, matça hələ bir gün vaxt var. Lakin bu müddətdə 28 min biletin satılacağı inandırıcı deyil.
Maraqlıdır ki, Belçika mətbuatı 22 min rəqəmini də kifayət qədər yüksək sayır. Onlar bu rəqəmin belə yüksək həddə çatmasını Avstriya üzərində səfər qələbəsi ilə izah edirlər. Məsələ ondadır ki, qələbənin ertəsi gün 1500 bilet satılıb.

0
0