Jorj Leekens: Azərbaycanla oyun üçün başqa plan qurmalıyıq
28.03.2011 - 16:19
“Romelu Lukaku Azərbaycan yığması ilə oyunda meydana çıxmayacaq. Bu, tibbi və fiziki nöqteyi-nəzərdən onun oynamağında problem yoxdur. Lakin mən futbolçunun sağlamlığı ilə risk etmək istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Jorj Leekens deyib.
Avro-2012-nin seçmə mərhələsinin sabah keçiriləcək Belçika – Azərbaycan oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Leekens bildirib ki, heyətdəki itkilərə daha biri – hücumçu Romelu Lukaku da əlavə olunub: “Ona görə mən cavabdehəm və risk etməyəcəyəm. Romelu millidə vacib fiqurlardan biridir və belə də qalacaq. Lakin onun yenidən zədələnmək ehtimalı indi böyükdür. Mən oyunçu naminə qərar qəbul etmişəm. Onun yoxluğuna çox üzülürük. Lakin Azərbaycanla oyun üçün başqa plan qurmalıyıq”.

0
0